İspaniya mətbuatı onu “Barselona”ya “gətirir”
“Milan”ın Rafael Leao ilə yollarını ayıracağı ilə bağlı şayiələr artmaqdadır.
Aut.az xəbər verir ki, onunla əvvəllər “Barselona” maraqlanırdı. “El Mundo Deportivo” bu marağın yenidən başladığını bildirir. Bu yaxınlarda Leao sosial media platformalarından birində Ronaldinyonun “Barselona” formasında çəkilmiş bir videosunu paylaşıb.
Leao videoya “Ən Yaxşısı” başlığını yazıb. Bu, şayiələri daha da alovlandırıb, baxmayaraq ki, “Barselona” əvvəlcə onun mövqeyində oynayan Markus Reşford məsələsini həll etməlidir.
Aut.az
