Unikal rekord: İspaniya futbolunun tarixində ilk məşqçidir ki…
“Atletiko” La Liqanın 35-ci turunun matçında evdə “Selta Viqo”ya 1:0 hesabı ilə qalib gəlib.
Aut.az xəbər verir ki, bu qələbə Madrid komandasının baş məşqçisinin İspaniyada işlədiyi müddətdə (2011-ci ildən) 400-cü qələbəsi olub.
Jurnalist Aleksis Blazkesin sözlərinə görə, Simeone İspaniya futbolunda bir komanda ilə 400 qələbə qazanan ilk məşqçi olub.
Onun hesabında 678 oyun, 400 qələbə, 151 heç-heçə və 127 məğlubiyyət (1134/556 top fərqi) var.
Aut.az
