Etiraf etdi: “Siti”yə transferi niyə baş tutmayıb?
“Yuventus” və İtaliya millisinin müdafiəçisi Andrea Kambyazo bu ilin yanvar ayında baş tutmamış “Mançester Siti” transferi barədə danışıb.
Aut.az xəbər verir ki, o, “qoca sinyora”da qalmağı üstün tutduğunu bildirib:
“Mançester Siti”nin demək olar ki, limitsiz maliyyə imkanları var, klub sahibləri inanılmaz dərəcədə varlıdırlar. Buna görə transfer bazarında bu qədər pul xərcləmələrinə təəccüblənmirəm. Yanvarda onlarla sadəcə danışmaq belə xoş idi, amma mən burda – “Yuventus”da olmaqdan və bu formanı geyinməkdən xoşbəxtəm. Heç vaxt bu transferə yaxın olmamışam. Belə klublarla adımın hallanması qürurverici idi, amma bir daha deyirəm, burda oynamaqdan çox məmnunam”.
Xatırladaq ki, həmin vaxt İngiltərə klubu 25 yaşlı futbolçu üçün 65 milyon avro ödəməyə hazır idi.
Aut.az
