İngiltərə millisinin ulduzları məşq edə bilmədilər: Durumları necədir?
“Bavariya”nın hücumçusu Harri Keyn İngiltərə millisinin Yunanıstanla Millətlər Liqası matçı öncəsi ardıcıl ikinci dəfə komandanın ümumi məşqini buraxıb.
Aut.az xəbər verir ki, 31 yaşlı forvard bazar günü Bundesliqa çərçivəsində Frankfurt “Ayntraxt”ı ilə matçda (3:3) zədələndikdən sonra bu gün yenidən fərdi proqram üzrə məşq edib.
Qeyd olunur ki, kiçik qançır səbəbindən ehtiyat tədbiri olaraq “Mançester Siti”nin vingeri Cek Qrealiş də məşqi buraxıb.
Qeyd edək ki, İngiltərə yığması Millətlər Liqasında iki oyun keçirəcək. Komanda oktyabrın 10-da Yunanıstan və 3 gün sonra Finlandiya ilə üz-üzə gələcək.
Aut.az
