Cəngavər titulu aldıqdan sonra anası ilə emosional görüşdən yazdı: Ağladı – FOTO
“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhem Cəngavər titulu almasına anasının münasibətindən danışıb.
Aut.az xəbər verir ki, o, sosial şəbəkədə anası Sandra və bacısı Coanna ilə fotosunu yerləşdirib.
“Anamla nahar etdim, cəngavər titulu alanadan bəri onu görməmişdim. Ana gələndə ağladı, naharda ağladı və mən gedəndə yenə ağladı. Hamımız üçün xüsusi bir an. Səni sevirəm ana”, – Bekhem yazıb.
Bekhem cəngavər rütbəsinə layiq görüldü və ona “Sir”, həyat yoldaşı Viktoriyaya isə “Ledi” titulu verilib.
Aut.az

