Hokkey

Stenli Kubokunun qalibi bəlli oldu

İyunun 17-dən 18-nə keçən gecə “Florida” ilə “Edmonton” arasında Stenli Kubokunun final seriyasının altıncı matçı baş tutub.

Aut.az xəbər verir ki, qarşılaşma 5:1 hesabı ilə “Florida”nın xeyrinə başa çatıb. Beləliklə, seriyada 4-2 hesabı ilə qalib gələn “Florida” Stenli Kubokunun qalibi olub.

“Florida” ardıcıl ikinci dəfə çempion olub.

Aut.az