İngiltərə

İngilislər Kloppdan Salahın əleyhinə ifadə ala bilmədilər

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın “Everton”la oyunu öncəsi mətbuat konfransında komandanın misirli hücumçusu Məhəmməd Salahın Yaxın Şərqdə baş verənlərlə bağlı mövqeyini şərh edib.

“Bizim güclü şəxsiyyətlərə malik olmağımız çox vacibdir. Buna heç bir şübhəm yox idi, amma bura futbol mühitində belə çox, çox ciddi mövzunu müzakirə etmək yeri deyil.

Bu sizin üçün yaxşıdır – heç kim sizdən bu barədə soruşmur, ona görə də düşünürəm ki, belə müzakirə otaqdan kənarda qalmalıdır. Mən Mo-nun xarakterinə bir an belə şübhə etməmişəm, amma bunun onun mesajı ilə heç bir əlaqəsi yoxdur”, – Klopp deyib.

Aut.az