İngiltərə

“Liverpul”un 3-cü forması: Qadınlara həsr olunub – FOTOLAR

İngiltərənin “Liverpul” klubu 2024/2025 mövsümü üçün üçüncü formanı təqdim edib.

Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Üçüncü forma qadın futboluna və onun dünya idmanında inkişafına həsr olunub. Onun unikal təmsili trikotaj, şort və corab üzərində yerləşdirilən fərqli şaquli ikiqat “Swoosh” loqosu vasitəsilə həyata keçirilir. Məşhur “Swoosh” yunan ilahəsi Nikinin qanadını təmsil edir və sürəti, hərəkəti, gücü və motivasiyanı simvollaşdırır. Bu yeni forma həm kişi, həm də qadın komandaları tərəfindən geyiniləcək.

Üçüncü dəst klubun unikal tarixindən, şəxsiyyətindən, mədəniyyətindən və müxtəlif icmalarından ilhamlanıb”, – klubun açıqlamasında deyilir.

Aut.az

“Liverpul”un 3-cü forması: Qadınlara həsr olunub – FOTOLAR

“Liverpul”un 3-cü forması: Qadınlara həsr olunub – FOTOLAR