İngiltərə

Meddison şad xəbəri paylaşdı: Bunun baş vermə ehtimalı 50.000-də 1-dir – FOTO

 “Tottenhem”in ulduz yarımmüdafiəçisi Ceyms Meddison sevgilisi Kennedi Alekslə ikinci dəfə əkiz uşaqlar gözlədiklərini bildirib.

Aut.az xəbər verir ki, cütlüyün 4 və 5-ci övladları dünyaya gələcək.

İngiltərə millisinin üzvünün artıq üç övladı var: 2021-ci il təvəllüdlü oğlu Leo və 2023-cü ildə doğulan əkizləri Delilah və Roma.

Meddison tətildə olarkən qum üzərində “yenə əkizlər” sözlərini yazıb. KİV-in məlumatına görə, əkizlərə iki dəfə hamilə qalma şansı təxminən 50.000-də birdir.

Meddison şad xəbəri paylaşdı: Bunun baş vermə ehtimalı 50.000-də 1-dir - FOTO
Meddison şad xəbəri paylaşdı: Bunun baş vermə ehtimalı 50.000-də 1-dir - FOTO

Aut.az