MY İtaliya nəhənginin ilk təklifini rədd etdi: Daha çox pul istəyirlər
“Mançester Yunayted” “Napoli”nin vinger Alejandro Qarnaço üçün ilk təklifini rədd edib.
Aut.az xəbər verir ki, İngiltərə klubu 20 yaşlı argentinalını 40 milyon funta satmaqdan imtina edib. “Qırmızı şeytanlar” daha yüksək məbləğ tələb edirlər.
Neapolluların baş məşqçisi Antonio Konte Qarnaçonu tezliklə PSJ-nin rəsmi futbolçusu olacaq Xviça Kvaratsxeliyanın mümkün əvəzləyicisi kimi görür.
Qarnaçonun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Bu mövsüm futbolçu bütün turnirlərdə 31 matçda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.
Aut.az
