Məşhur klubun futbolçuları əlbəyaxa oldular
İtaliyanın “Fiorentina” klubunun oyunçuları arasında dava düşüb.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Flavio Oqnissanti “X” sosial media hesabında yazıb. O, iddia edir ki, futbolçular əlbəyaxa olublar və bəzi oyunçular artıq agentlərindən başqa komanda tapmalarını istəyiblər.
“Fiorentina” İtaliya A Seriyasının 15 turundan sonra cəmi altı xal qazanıb. Klub hazırda turnir cədvəlində sonuncu yerdədir. Növbəti, 16-cı turda “Udineze” ilə qarşılaşacaq.
Daha əvvəl komandanın baş məşqçisi Paolo Vanolinin yaxın gələcəkdə qovula biləcəyi bildirilmişdi. Onun rəhbərliyi altında klub yeddi oyun keçirib və yalnız birində qələbə qazanıb.
Aut.az
