İtaliya

Ser Aleksə deyib ki, itim də bu müqaviləni bağlamaz

“Yuventus”un futbolçusu Pol Poqba mərhum agenti Mino Rayola ilə aralarında olan söhbəti ictimaiyyətə açıqlayıb.

Aut.az xəbər verir ki, Poqba İtaliyanın “Golden Boy” mükafatının təqdimat mərasimində bu haqda danışıb:

“18 yaşım var idi və Ser Aleks Ferqyuson mənimlə müqavilə imzalamaq istəyirdi. Onunla görüşə Mino ilə getdim. O, müqavilə şərtləri ilə tanış olandan sonra dedi: “Mənim itim də belə müqaviləni imzalamaz”.

Mino belə deyəndə boğazımdan elə bil düyün açıldı. Onunla tez-tez zarafatlaşırdım”.

Qeyd edək ki, Mino bu ilin aprelində, 54 yaşında dünyasını dəyişib.

Aut.az