Usik Trampı Ukraynaya çağırdı: Bir həftə qalın, hər axşam baş verənlərə baxın
Ağır çəkidə WBC, WBO, WBA və IBO çempionu, ukraynalı boksçu Aleksandr Usik ABŞ prezidenti Donald Trampı bir həftəlik evində yaşamağa dəvət edib.
Aut.az xəbər verir ki, Usik bu barədə BBC-yə danışıb.
“Amerika prezidenti Donald Trampa məsləhət görürəm ki, Ukraynaya gəlsin və bir həftə mənim evimdə yaşasın. Sadəcə bir həftə.
Mən ona evimi verəcəm. Xahiş edirəm, Ukraynada yaşayın və hər axşam baş verənlərə baxın”, – Usık deyib.
Trampın fikrini dəyişib-dəyişdirməyəcəyi ilə bağlı suala Usık “Bilmirəm. Bəlkə başa düşəcək, bəlkə də etməyəcək” cavabını verib.
Bundan əvvəl Tramp Ukraynanın Rusiyaya qarşı hərəkətlərinə mənfi münasibətini bildirərək demişdi ki, Kiyev Rusiya hərbi aerodromlarına zərbələr endirərkən Moskvaya kütləvi zərbələr endirmək üçün özü əsas verir.
Aut.az
