Çempionun növbəti döyüşünün vaxtı açıqlandı
Boks üzrə WBC-nin yarı ağır çəkidə çempionu Devid Benavides növbəti rəqibi və çəki kateqoriyasını dəyişmək istəyi barədə danışıb.
Aut.az xəbər verir ki, boksçunun Yard üzərində qələbəsindən sonra verdiyi açıqlama “The Ring” tərəfindən yayımlanıb.
Amerikalı bildirib ki, gələn ilin mayın 2-də o, birinci ağır çəkidə WBA və WBO kəmərlərinin sahibi Hilberto Ramirezlə döyüşəcək. Məlumata görə, müqavilə artıq imzalanıb və döyüş Las-Veqasdakı “T-Mobile Arena”da keçiriləcək.
Xatırladaq ki, bu gün səhər Benavides Entoni Yardı nokauta salaraq titulunu uğurla qoruyub.
Aut.az
