Dünya futbolu

36-cı dəfə çempion oldular

“Ferentsvaroş” Macarıstan çempionatının 33-cü turunda səfərdə “Dyer” üzərində 2:1 hesablı qələbə qazanıb.

Aut.az xəbər verir ki, bu nəticədən sonra Budapeşt təmsilçisi mövsümü 69 xalla turnir cədvəlinin birinci pilləsində baş vurub. “Ağ-yaşıllar” ikinci yerdə olan “Puškaş Akademiyası”nı 3 xal qabaqlayıb.

“Ferentsvaroş” ardıcıl yeddinci, ümumilikdə isə 36-cı dəfə Macarıstan çempionu olub.

“Yaşıl qartallar”ı 2025-ci ilin yanvarından etibarən İrlandiya millisinin və “Tottenhem”in sabiq futbolçusu Robbi Kin çalışdırır. O, bu vəzifədə baş məşqçi postunu tərk edən Paskal Yanseni əvəz edib.

Aut.az