“Yunayted”dən ayrılacağı dəqiqləşdi: Hara gedəcək?
İsveçli mərkəz müdafiəçisi Viktor Lindelof cari mövsümün sonunda “Mançester Yunayted”i tərk edəcək.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 30 yaşlı isveçli “Mançester Yunayted”dən azad agent kimi ayrılacaq, onun müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir və uzadılmayacaq. Stolonlar bu həftə baş tutan iclasda bu qərarı veriblər.
Lindelofun karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil. Bununla belə, onun əlində İspaniya və İtaliyadan təkliflər var.
Lindelof 2017-ci ilin yayında 35 milyon avroya “Benfika”dan “Mançester Yunayted”ə keçib. Ümumilikdə o, klubda bütün turnirlərdə 284 oyun keçirib və 4 qol vurub.
Aut.az
