Flik bu iki ulduzu təriflədi: Səs-küylü transferlər olacaq?
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yay transfer pəncərəsi ilə bağlı gözləntilərini bölüşüb.
Aut.az xəbər verir ki, mütəxəssis, xüsusilə “Liverpul”dan Luis Dias və “Mançester Yunayted”dən Markus Reşfordun mümkün transferi ilə bağlı şayiələri şərh edib.
Daha əvvəl bu futbolçular “Barselona”nın idman direktoru Deku tərəfindən təriflənmişdi.
“Ən mühüm şey – mən bu barədə Decu ilə danışdım – əsas oyunçuların “Barselona”nın gələcəyini təmin etmək üçün bizimlə qalmasıdır. Deku bilir ki, heyəti kiminlə gücləndirə bilərik. Biz eyni dalğadayıq və tez-tez ünsiyyət qururuq.
Dias və Reşford? Komandaya daxil olmayan futbolçuları müzakirə etmək istəmirəm. Amma onların hər ikisi heyrətamiz futbolçulardır, onlardan xoşum gəlir”, – “Mundo Deportivo” Flikin sözlərindən sitat gətirib.
Aut.az
