İtaliya

Kloppdan “Roma” açıqlaması

Almaniyalı mütəxəssis Yurgen Klopp adının “Roma” ilə hallanmasına münasibət bildirib.

Aut.az xəbər verir ki, o, bu iddiaları təkzib edib:

“Mən ‘Roma’ya getmirəm. Əgər yaxın illərdə hansısa komandaya başçılıq edəcəyim barədə şayiələr oxusanız, cəfəngiyatdır”.

Qeyd edək ki, Klopp 2024-cü ilin mayında “Liverpul”u tərk etdikdən sonra heç bir klubu çalışdırmayıb.

Aut.az