ÇL-in finalına bir həftə qalıb: İki əsas futbolçu zədəlidir
“İnter”in iki əsas oyunçusu – müdafiəçi Benjamin Pavar və yarımmüdafiəçi Pyotr Zelinski A Seriyasının son turunda “Komo” ilə matçı (2:0) buraxıblar.
Aut.az xəbər verir ki, “Corriere dello Sport”un məlumatına görə, 29 yaşlı fransalı topuğunun gərilməsi səbəbindən, 30 yaşlı polyak isə yorğunluq səbəbindən heyətə daxil edilməyib. Qeyd olunur ki, hər iki futbolçunun Çempionlar Liqasının finalında PSJ ilə keçiriləcək oyuna qədər bərpa olunmaq şansı var.
PSJ – “İnter” matçı mayın 31-də Münhendə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aut.az
