İtaliya

Qasperini “Qızl top”u məhz bu futbolçuya verərdi

“Atalanta”nın baş məşqçisi Can Piyero Qasperini “Qızıl top”u komandasının nigeriyalı hücumçusu Ademole Lukmana vermk lazım olduğunu bildirib.

“Mən bu mükafatı verərdim? Öz şücaətləri ilə bizə Avropa Liqasını qazanmağa yardım edən Lukmana”, – “Sky Sport Italia” Qasperininin sözlərindən sitat gətirib.

Xatırladaq ki, 2024-cü ilin ən yaxşı futbolçusunun mükafatlandırma mərasimi oktyabrın 28-də keçiriləcək. Mətbuatda yer alan xəbərlərə görə, mükafatı qazanmaq üçün əsas favorit “Real Madrid”in braziliyalı cinah oyunçusu Vinisius Juniordur.

Ötən mövsüm Lukman bütün yarışlarda 45 matçda iştirak edib, 17 qol vurub və 10 məhsuldar ötürmə edib. Bu mövsüm nigeriyalı yeddi oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.

Aut.az