İspaniya

Xaviylə bağlı qərar açıqlandı

“Barselona” baş məşqçisi Xaviylə bağlı qərarıını açıqlayıb.

Aut.az xəbər verir ki, Kataloniya təmsilçisi 43 yaşlı mütəxəssislə yeni müqavilə imzalayacaq. Bu barədə “Barsa”nın idman direktoru Deko məlumat verib. “Xavi yeni müqaviləni uzatmağa layiqdir” – deyən portuqaliyalı funksioner bildirib.

Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından “Barselona”nın baş məşqçisidir. Onun rəhbərliyi altında Kataloniya təmsilçisi 2022/23 mövsümündə ölkə çempionu və Superkubokun qalibi olub. Hazırda isə “Barselona” 4 turdan sonra 10 xalla La Liqada 3-cü yeri tutur.