Dünya futbolu

Ronaldo bu ölkənin klubundan təklif alıb: KDÇ-də iştirak edəcək

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo bu yay Səudiyyə Ərəbistanı klubunu tərk edə bilər.

Aut.az xəbər verir ki, “Marca”nın məlumatına görə, 40 yaşlı forvard Səudiyyə komandası ilə növbəti kuboksuz mövsümdən narazıdır və Braziliya klublarından birindən gələn təklifi ciddi şəkildə nəzərdən keçirə bilər.

Qeyd olunur ki, Ronaldo ilə maraqlanan komanda bu yay ABŞ-da keçiriləcək klublararası dünya çempionatında iştirak edəcək.

Klublararası Dünya Çempionatı ilk dəfə olaraq altı qitə konfederasiyasından 32 komanda ilə keçiriləcək. Dekabrda turnirin püşkatma mərasimi keçirilib, nəticədə 4 komandadan ibarət 8 qrup formalaşıb. Turnirdə çıxış edəcək Braziliya klubları “Palmeyras”, “Botafoqo”, “Flamenqo” və “Fluminense”dir.

Aut.az