Dünya futbolu

Bu qədər insanın onun gedişinə niyə sevindiyini anlamayıb

Kilian Mbappe komanda yoldaşı Lionel Messinin PSJ-dən ayrılmasına münasibət bildirib.

Aut.az xəbər verir ki, 25 yaşlı forvard “Gazzetta”ya müsahibəsində Messinin gedişinə sevinən insanları anlamadığnı bildirib:

“O, futbol tarixinin ən böyük oyunçularından biridir. Messi kimilərin gedişi bir komanda üçün yaxşı xəbər ola bilməz. Bu qədər insanın niyə sevindiyini heç anlamıram. Leo Fransada layiq olduğu hörməti görmədi”.

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi iyunun 30-da başa çatacaq. Messi bundan sonra “İnter Mayami” ilə müqavilə bağlayacaq.