Dünya futbolu

Messi iki oyundur niyə oynamır? – Səbəbi bəlli oldu

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano komandanın kapitanı Lionel Messinin son iki oyunu buraxmasının səbəbini açıqlayıb.

Aut.az xəbər verir ki, daha əvvəl 37 yaşlı argentinalının əzələ gərginliyinə görə oynamadığı bildirilmişdi.

“Leoya gəlincə, mən həkimlərin göstərişlərinə əməl edirəm. Mənə dedilər ki, onun heç bir xəsarəti və əzilməsi yoxdur. Altı gün ərzində üç oyun keçirdikdən sonra yorğundur.

Havanın dəyişməsi də daxil olmaqla, çox şey var idi. Biz onun qayğısına qaldığımızdan və həddindən artıq yorulmasını istəmədiyimiz üçün bütün riskləri nəzərə alaraq ona istirahət vermək qərarına gəldik. Təbii ki, dünyanın ən yaxşı futbolçusunun meydanda olmaması asan məsələ deyil. Amma biz irəli getməliyik və onsuz oynaya bilməliyik”, – ESPN Maskeranodan sitat gətirib.

Aut.az