O, “Yunayted”in məşqində həmişə yuxulu olurdu: Evra adını açıqladı
Ruud van Nistelroyun məşqdəki çıxışı Patris Evranı heyran edirmiş.
Aut.az xəbər verir ki, “Yunayted”in sabiq futbolçusu bu barədə SDS podkastında danışıb.
-Məşqdə ən yaxşı kim idi? Sizi ən çox kim təsirləndirirdi?
– Mən van Nistelroy deyərdim. Məşqdə vurduğu qollardan bir neçəsini yazsaydıq… Ciddi desəm, inanılmaz idi. Amma məşqdə ən çalışqan Ronaldo, ən tənbəl isə Karlos Teves idi. O, daim yuxulu olurdu, məşq etmək istəmirdi. Amma həftə sonu hamının yerinə qaçırdı”, – Evra deyib.
Aut.az
