Dünya futbolu

PSJ Mbappeni məhkməyə verdi: Görün neçə milyon tələb edirlər

PSJ klubu sabiq futbolçusu, hazırda “Real”da çıxış edən Kilian Mbappenin iddiası əsasında 55 milyon avro məbləğində vəsaitin üzərinə qoyulmuş həbsin ləğvi üçün məhkəməyə müraciət edib.

Aut.az xəbər verir ki, Fransa təmsilçisi prosesin əksinə, futbolçudan 98 milyon avro tələb edir. Bu barədə “RMC Sport” məlumat yayıb.

Mayın 12-də Paris klubu 2025-ci ilin aprelində tətbiq olunmuş həbsin götürülməsi ilə bağlı vəsatət qaldırıb. Mbappe ödənilməmiş maaş və bonuslara görə 55 milyon avro tələb edir, lakin PSJ israr edir ki, bu öhdəliklər futbolçunun üzərində qalıb.

Klubun vəkilləri bildiriblər ki, Mbappe vəsaiti tələb etmək üçün yetərli sübut təqdim etməyib. PSJ-nin versiyasına görə, 2023-cü ilin yayında tərəflər şifahi razılıq əldə ediblər. Futbolçu “Real”a təzminatsız keçdiyinə görə müqavilə üzrə bəzi ödənişlərdən könüllü şəkildə imtina edib.

Bundan əlavə, klub Mbappeni ictimai çıxışları ilə zərər vurmaqda ittiham edərək 98 milyon avro məbləğində qarşılıqlı iddia qaldırıb. PSJ vurğulayıb ki, bu iddianın məqsədi kompensasiya deyil, sabiq hücumçunun iddialarının əsassız olduğunu sübut etməkdir.

Aut.az