Azərbaycan klubu Dubayda “bürünc” qazandı
“Ocaq Sport” klubunun buz üstü hokkey komandası Dubayda keçirilən beynəlxalq “Galaxy Cup” turnirində uğurlu çıxış edərək 6 komanda arasında 3-cü yerin sahibi olub.
Aut az xəbər verir ki, bu, komandanın ilk beynəlxalq turnirində qazandığı birinci medaldır.
Qapıçı İlkin Qəmbərov isə komandanın ən yaxşı oyunçusu adına layiq görülüb.
