Hakimlə məşqçi arasında qanlı olay: Biri öldü, digəri isə…
Qırğızıstanın paytaxtı Bişkekdə atışma baş verib.
Aut.az xəbər verir ki, atışma zamanı Beynəlxalq Boks Assosiasiyasının yüksək dərəcəli hakimi Mukaş Yrzəliyev ölüb, boks üzrə milli komandanın keçmiş məşqçisi Jıldızbek Niyazəliyev isə ağır yaralanıb.
“Aparılan ilkin istintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, Yrzəliyev Niyazəliyevin iş yerinə gələrək iddialarını bildirib. Daha sonra Yrzəliyev “Saiga” ov tüfəngindən Niyazəliyevin qarın boşluğuna atəş açıb. Bundan sonra o, orada olan vətəndaş S.E.-ni də ayağından vurub. Onlar əlbəyaxa olublar və Yrzəliyevin başından təsadüfən güllə yarası alıb. Nəticədə sonuncu hadisə yerində ölüb”, – Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
İstintaqın məlumatına görə, münaqişə maliyyə mübahisələri zəminində baş verib.
“Güllə Niyazəliyevin ağciyərlərinə və qaraciyərinə dəyib. İki litr qan itirib. İndi həkimlər onu təcili əməliyyata aparıblar. Bütün köməkliklər göstərilir”, – deyə ölkənin səhiyyə naziri Alımkadır Beyşənəliyev Niyazəliyevin vəziyyəti ilə bağlı bildirib.
Aut.az
