Digər

İslamiada: Azərbaycan millisi yarımfinalda məğlub oldu

Stolüstü tennis üzrə qadınlardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində məğlub olub.

Aut.az xəbər verir ki, yığma bu raundda Misir seçməsi ilə üz-üzə gəlib.

Aylin Əsgərova və Mərziyyə Nurmətovadan ibarət cüt rəqibinə 5:8 hesabı ilə uduzub.

İslamiada noyabrın 21-də başa çatacaq.