Dünya futbolu

Musayev Amerika kubokunu Avropa çempionatından üstün tutdu

“Krasnodar”ın baş məşqçisi Murad Musayev hansı turniri – Avropa çempionatını, yoxsa Amerika Kubokunu böyük maraqla izlədiyi haqda danışıb.

Aut.az xəbər verir ki, “Sabah”ın sabiq baş məşqçisi Amerika kubokunun daha baxımlı olduğunu bildirib.

“Səhər duranda Kordoba, Kastanyo, Olasanın statistikasına, bəzi rəylərə baxıram, amma Amerika Kubokunu tam izləmək çox çətindir: onlar gecə birdə, ya da dörddə oynayırlar. Üstəlik, paralel olaraq Avropa çempionatı da gedir. Təbii ki, o, rahat qrafikinə görə daha çox diqqət çəkir.

Baxmayaraq ki, Amerika Kuboku adi azarkeş üçün əyləncə baxımından Avropa çempionatından qat-qat maraqlı və əyləncəlidir. Almaniyada çoxlu uğursuz matçlar görürük. Amerika kubokunda isə daha az nizam-intizam və daha açıq futbol var. Orada sürət daha yüksək görünür”, – Musayev
“Çhampionat”ın müxbiri Oleq Lısenkoya eksklüziv müsahibəsində bildirib.

Aut.az