Basketbol

Azərbaycan millisi matça çıxmaqdan imtina etdi

Azərbaycanın 3×3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən Bordo mərhələsində çıxışını başa vurub.

Aut.az xəbər verir ki,  yığma D qrupunda İspaniya ilə matça çıxmaqdan imtina edib.

Beləliklə, komanda turnirlə vidalaşıb.

Ötən gün “Bordo” klubuna 9:17 hesabı ilə uduzan kollektiv qrupda sonuncu yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında ilk matçını iyulun 30-da İspaniyaya qarşı keçirəcək.