Dünya futbolu

Qış planını açıqladı: Tətili orada keçirəcək

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi millinin qarşıdakı oyunları ilə bağlı planlarından danışıb.

“İndi mən məşq edəcəyəm və noyabrda Uruqvay və Braziliya ilə matçlarda mümkün qədər yaxşı olmağa çalışacağam. Sonra Argentinada tətil keçirəcəyəm, əvvəlki illərə nisbətən daha çox vaxtım olacaq. Yanvarda isə sıfırdan mövsümöncəsi məşqlərə başlayacağam”, – Messinin sözlərini “Mundo Deportivo” sitat gətirib.

Xatırladaq ki, bu gün, oktyabrın 18-də Lima şəhərində (Peru) DÇ- 2026-ın seçmə mərhələsinin 4-cü turunda Argentina və Peru yığmaları qarşılaşıb. Qonaqlar 2:0 hesabı ilə qalib gəlib. Komandasının hər iki qolunu Lionel Messi vurub.

Aut.az