İngiltərə

Premyer Liqa tarixində belə antirekord olmamışdı

Artıq elitada qalmaq şanslarını itirmiş “Lester” və “Sauthempton” Premyer Liqanın 35-ci turunda Lesterdəki “Kinq Pauer” stadionunda üz-üzə gəliblər.

Qarşılaşma 2:0 hesabı ilə “tülkülər”in xeyrinə başa çatıb ki, bu da “Sauthempton”un liqa cədvəlində sonuncu pillədən qurtula bilməyəcəyi anlamına gəlir.

“Müqəddəslər”in tarixində üçüncü dəfədir ki, onlar Premyer Liqa mövsümünü sonuncu yerdə başa vururlar. Tarixdə heç bir komanda belə antirekordla yadda qalmayıb.

“Sauthempton”un 35 matçdan sonra cəmi 11 xalı var. Bir pillə yuxarıda olan “Lester” 10 xal çox toplayıb.

Aut.az