Formula 1

9 illik möhtəşəm seriya qırıldı

“Red Bull” komandasının pilotu Maks Ferstappenin hər yarışda xal qazanmaq kimi 9 illik seriyası başa çatıb.

Aut.az xəbər verir ki, bu barədə “Autosport” məlumat yayıb.

Mayın 3-də Formula 1 2025 mövsümünün 6-cı mərhələsi çərçivəsində “McLaren”dən Lando Norrisin qalib gəldiyi sprint yarışı keçirilib . Bu yaxınlarda ilk dəfə ata olan Ferstappen 4-cü olub. Lakin sürətli zolaqda Andrea Kimi Antonelli ilə toqquşduğu üçün 10 saniyəlik cərimə edilib. Nəticədə 12-ci yerə enib.

Bununla Maks son 9 ildə ilk dəfə xalsız qalıb. O, sonuncu dəfə 2016-cı ildə belə vəziyyətlə üzləşmişdi. O vaxt 18 yaş olan niderlandlı pilot Belçika Qran Prisini 11-ci yerdə başa vurmuşdu.

Aut.az