Formula 1

Belə olmayacaq: Alonso karyerasını nə vaxt bitirəcəyini açıqladı

“Aston Martin” komandasının sürücüsü Fernando Alonso Formula 1 karyerasının nə vaxt bitəcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, ikiqat dünya çempionunun sözlərini “RacingNews365” sitat gətirib.

Sürücünün komanda ilə hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədərdir. Fernando Britaniya komandasının avtomobilinin yeni qaydalara əsasən necə görünəcəyini görmək istəyir. Amma o, əlbəttə ki, 50 yaşında çıxış etməyi planlaşdırmır.

“50 yaşım olanda özümü yarışda görmürəm. Biz bu variantı açıq saxlayırıq. Reqlament dəyişikliyinə görə mütləq bu il və gələn il yarışmaq istəyirəm. 2026-cı ilin qaydalarını və Hondanın komandaya gəlişini yaşamaq istəyirəm.

Keçən il oturub müqavilə ilə bağlı danışıqlar apararkən məni cəlb edən şeylər oldu. Amma 2026-cı ildən sonra nə olacağını bilmirəm”, – deyə Alonso bildirib.

Aut.az