Almaniyada onun davranışından məyus olublar: Ağlını itirdi
Almaniya futbolunun əfsanəsi Lotar Matteus “Real”ın oyunçusu Antonio Rüdigerin uzun müddət cəzalanacağını gözləyir.
İspaniya Kubokunun finalında hakimə buz atdığı üçün Rüdiger qırmızı vərəqə alıb. O, hakimə qarşı olduqca aqressiv davranıb.
“Rüdiger ağlını itirdi, özünə nəzarət edə bilmədi. O, Almaniya millisinin oyunçusudur və başqalarına nümunə olmalıdır. Amma oyun zamanı bütün bunları unutdu.
Dörd həftəlik əmək haqqı cəriməsi ilə üzləşsə, bəxti gətirəcək. Ona qarşı uzunmüddətli qadağa gözləyirəm. XXL sanksiyalarını gözləyirəm. Üstəlik, onun üzərində həm də sınaq müddətində olan cəza vardı”, – “Bavariya” və Almaniya millisinin sabiq oyunçusu deyib.
Aut.az
