Dünya futbolu

Dünyanın ən güclülərindən biridir: Stoiçkov hansı liqanı deyir?

“Barselona”nın heyətində “Qızıl top”u qazanan Xristo Stoiçkov MLS-in yüksəlişindən dnışıb.

Aut.az xəbər verir ki, Stoiçkov buna təsir edən əsas amilləri də qeyd edib.

“Son vaxtlar liqa inanılmaz inkişaf nümayiş etdirir. MLS-in oyunu təkmilləşdirmək və gənc oyunçulara şans vermək üçün tətbiq etdiyi proqramlar gözəldir. Məncə, MLS-in komandalarının öz stadionlarına və məşq obyektlərinə sahib olmaq üçün etdiyi iş oyunçular üçün çox faydalıdır və oyunun özünü yaxşılaşdırmağa kömək edir.

MLS-in böyüməyə davam edəcəyinə inanıram. Və belə də olacaq, çünki səhv etmirəmsə, hazırda xaricdə 250-dən çox amerikalı futbolçu oynayır. Bu heyrətamiz rəqəmdir. Əlbəttə, bütün zamanların ən böyük oyunçusu Lionel Messi də burada oynayır. Mənim üçün MLS hazırda ən güclü liqalardan biridir”, -. MLS-in rəsmi saytı Stoiçkovdan sitat gətirib.

Bolqarıstan millisinin keçmiş oyunçusu MLS-də “Chicago Fire” və “D.C. United” klublarında çıxış edib.

Aut.az