Haaland doğum güündə ona ölüm arzulayan azarkeşə belə cavab verdi – FOTOFAKT
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland öz doğum günündə ona yazılan mənfi şərhə cavab verib.
Aut.az xəbər verir ki, norveçli futbolçu “Ümid edirəm bir gün öləcəksən. Sən çox axmaqsan, evsiz və geri qalmış kimi görünürsən. Gedib özünü öldür”, – deyə yazan azarkeşə bu sözlərlə qarşılıq verib. Haaland özünü təmkinli və peşəkar davranmağa çalışıb.
“Təşəkkür edirəm, gözəl doğum günü təbrikin üçün! Ümid edirəm valideynlərin bu mesajla fəxr edirlər”, – deyə azarkeşə cavab verib.
Aut.az

