İngiltərə

Ərəblər onu da apardılar

“Çelsi”nin yarımmüdafiəçisi Kalidu Kulibali “Əl Hilal”a keçməyə hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano Tvitter səhifəsində yazıb.

Mənbənin məlumatına görə, Səudiyyə klubu müdafiəçinin transferi ilə bağlı “Çelsi” ilə şifahi razılığa gəlib və onunla şəxsi razılaşmanın şərtlərini razılaşdırıb.

Futbolçunun “Əl-Hilal”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Yaxın vaxtlarda lazımi sənədlər imzalanacaq.

Aut.az