“Qəbələ”dən “Sabah”a
“Qəbələ”dən ayrılan Ramon Maçadonun yeni klubu bəlli olub.
Aut.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını Malayziyanın “Sabah” klubunda davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Maçado ötən mövsüm “Qəbələ”nin heyətində 37 oyunda 10 qol vurub.
