İspaniyaİngiltərə

Modriç tanınmış klubun həmsahibi olacaq

“Real”ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç klub həmsahibi ola bilər.

Aut.az xəbər verir ki, İngiltərə Çempionşipində çıxış edən “Suonsi Siti”dən pay almağa hazırlaşır.

İnsayder Fabritsio Romanonun sözlərinə görə, artıq sövdələşmə razılaşdırılıb. Tezliklə39 yaşlı futbolçu Uels klubunun sahiblərindən birinə çevriləcək.

Qeyd olunur ki, bu müqavilə “Real”da çıxışını davam etdirmək istəyən Modriçin peşəkar karyerasına təsir etməyəcək.

Qeyd edək ki, bu mövsüm “Suonsi” İngiltərənin ikinci ən güclü liqasının turnir cədvəlində 12-cidir.