İngiltərə

O 21 ildə cəmisi 34 oyunda məğlub olmuşdular, indi isə…

Dekabrın 9-da İngiltərə Premyer Liqasının 16-cı turunda  “Mançester Yunayted”  “Bornmut”u qəbul edib və böyük hesabla məğlub olub – 0:3.

Aut.az xəbər verir ki,  “qırmızı şeytanlar” əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyusonun dövründəki 21 mövsümdə evdə cəmisi 34 oyunda məğlub olub. Amma ondan sonrakı mövsümlərdə artıq evdə 35 məğlubiyyət alınıb.

Xatırladaq ki, “qırmızı şeytanlar” da tarixlərində ilk dəfə evdə “Bornmut”a uduzub.

“Mançester Yunayted” 27 xal toplayıb və çempionatda altıncı pillədə qərarlaşıb.

Aut.az