Hələ belə komanda görməyibmiş: 76 dəqiqə zəif oyna, amma…
“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Kristal Pelas” üzərində qazanılan qələbəni (2:1) şərh edib.
“Uşaqlara dedim ki, bu, mənim yaddaşımda ilk matçdır ki, kimsə ilk 76 dəqiqədə bizim kimi zəif oynayıb, amma qalib gəlib.
İlin belə vaxtında, bu mərhələni adlamaq və istədiyiniz nəticəni əldə etmək lazımdır. Biz Oskar və ya buna bənzər bir şey üçün burada deyilik, bizə üç xal lazımdır. Biz o 3 xalı aldıq və çox razıyıq”, – “Eurosport” Kloppun sözlərindən sitat gətirib.
Aut.az
