Derbidən əvvəl kütləvi dava: Yaralananlar var
“Latsio” və “Roma” azarkeşləri derbi ərəfəsində kütləvi dava salıblar.
A Seriyasının 32-ci turu çərçivəsində keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.
Aut.az xəbər verir ki, “Rai News 24”ün məlumatına görə, qarşılaşmadan əvvəl üzü örtülmüş halda olan 500-ə yaxın “Roma” azarkeşi “Latsio” azarkeşlərinin toplaşdığı yerə doğru hərəkət edib.
Məlumata görə, azarkeşlər Romadakı Olimpiya Stadionunun yaxınlığındakı Kardinal Konsalvi meydanında polis əməkdaşlarına daş, butulka və fişəng atıblar. Milvian körpüsündə bir neçə yüz “Latsio” azarkeşinin polisə hücumu barədə də məlumat var.
Qarşıdurma zamanı zibil qutuları, eləcə də yaxınlıqdakı müəssisələrin stol və stulları aşıb, bir neçə avtomobilə də ziyan dəyib. Bundan başqa, stadionun yaxınlığında dəyənəklər və dəmir borular tapılıb.
İğtişaşları yatırmaq üçün polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etməli olub. Hadisələr zamanı 13 asayiş keşikçisinin yaralandığı bildirilir.
Aut.az
