De Xea gələcəyi ilə bağlı qərarını açıqladı
İspaniyalı qapıçı David De Xea “Fiorentina”da ayrılmaq istəmir.
Aut.az xəbər verir ki, o, Florensiya klubundakı karyerasını davam etmək niyyətində olduğunu təsdiqləyib. 34 yaşlı qapıçı müqaviləsinin uzadılması variantını aktivləşdirməyə hazırdır. Bu barədə insayder Nikolo Şira məlumat yayıb.
“Mən “Fiorentina”dan çox razıyam və burada qalmaq istəyirəm. Mənim müqaviləmdə belə bir seçim var…” – deyə De Xea bildirib.
Qeyd edək ki, İspaniya millisinin sabiq qapıçısının müqaviləsi 2026-cı ilə qədər uzadıla bilər. Bunun üçün İtaliya təmsilçisi ona illik 2,4 milyon avro maaş ödəməyə razı olmalıdır.
Qeyd edək ki, bu mövsüm David “Fiorentina”da bütün turnirlərdə 29 matçda iştirak edib, 32 qol buraxıb və 9 görüşdə qapısını toxunulmaz saxlayıb.
Aut.az
