Badri oğlunun məvacibindən danışdı: Razıdır, yoxsa…
“Napoli” klubunun cinah oyunçusu Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya oğlunun İtaliya klubunda aldığı maaşdan danışıb.
Aut.az xəbər verir ki, “Calcio e Finanza”nın məlumatına görə, 22 yaşlı Kvaratsxeliya “Napoli”də mövsümdə təxminən 1 milyon avro qazanır və komandanın ən az maaş alan oyunçularından biridir.
“Biz qayğı ilə əhatə olunmuş Neapolda yaşamaqdan xoşbəxtik və mən bütün neapollulara təşəkkür etmək istəyirəm. Özümüzü burada, sanki Tbilisidə, evdəki kimi hiss edirik.
Mən hər kəsə çox minnətdaram və ümid edirəm ki, “Napoli” bu mövsüm yenə də Skudettonu qazana bilər.
Mən bir daha kluba və azarkeşlərə təşəkkür etmək istəyirəm və bir daha vurğulamaq istəyirəm ki, Xviçanın maaşı ilə bağlı heç bir problemi yoxdur. Bu, bizim heç vaxt toxunmadığımız mövzudur, çünki əvvəlcə futbol, sonra isə pul gəlir”, – Kvaratsxeliyanın atası “CalcioNapoli24”-ə müsahibəsində deyib.
Aut.az
