Şumaxerdən xəbər var: Səhhəti pisləşib
Görkəmli yarış pilotu Mixael Şumaxerin səhhəti xeyli pisləşib.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Feliks Horner məlumat yayıb.
Mənbənin sözlərinə görə, almaniya əfsanəvi sürücünün vəziyyəti hazırda son dərəcə acınacaqlıdır. İdmançı fikirlərini şifahi şəkildə ifadə etməyi dayandırıb və tamamilə himayəçilərindən asılıdır.
Hazırda Şumaxerlə 20-dən çox olmayan sayda adam görüşə bilir. Hornerin sözlərinə görə, bu, düzgün strategiyadır və pilotun ailəsi bunu dəyişmək niyyətində deyil.
56 yaşlı Şumaxer 2013-cü ilin dekabrında xizək sürərkən başından ciddi zədə alıb. O, uzun müddət koma vəziyyətində olub. Hadisə baş verəndən sonra ümumiyyətlə ictimaiyyət qarşısına çıxmayıb. Mixael 2014-cü ilin sentyabr ayına qədər xəstəxanada qalıb, sonra İsveçrədəki evə köçürülüb.
Qeyd edək ki, avtoidman əfsanəsinin ötən il övladının toyunda iştirak etdiyi də bildirilib. Bir müddət əvvəl isə o, ilk dəfə baba olub.
Aut.az
