Dünya futbolu

Afrika Millətlər Kuboku keçirilməyəcək? – Təşkilatçı ölkə 1 ay qalmış yarışdan imtina etdi

20 yaşadək futbolçular arasında Afrika Kuboku planlaşdırıldığı kimi baş tutmaya bilər.

Aut.az xəbər verir ki, buna səbəb Kot-d’İvuarın ev sahibliyindən imtina etməsi olub. Bu barədə “Vi.nl” məlumat yayıb.

Yerli KİV-in məlumatına görə, ölkə nə maddi-texniki, nə də maliyyə baxımından turniri təmin edə bilməyəcək. Fil Dişi Sahili Futbol Federasiyasının prezidenti bundan təəssüfləndiyini bildirib.

Turnirin aprelin 18-də başlaması planlaşdırıldığı üçün CAF-ın buna necə reaksiya verəcəyi məlum deyil. Yarışın ləğvi ehtimalı nəzərdən keçirilir.

Aut.az