“Əl-Nəsr” Ronaldnu belə razı salıb – Detallar açıqlandı
“Əl-Nəsr”in icraçı direktoru Marselo Salazar klubun Kriştiano Ronaldonu necə əldə etdiyini izah edib.
Portuqaliyalı yanvarın 1-də iki illik müqavilə imzalayaraq Səudiyyə klubuna keçib. Bu müddət ərzində futbolçu 30 oyun keçirib, 25 qol vurub və 8 məhsuldar ötürmə edib.
“Əlbəttə, Ronaldonun transferi böyük şok oldu. Bu, klubumuz tərəfindən çox iddialı və parlaq bir addım, komanda işi idi.
Kriştiano kimi böyük ulduzu razı salmaq üçün ona yaxşı layihə təklif etmək lazımdır. Söhbət təkcə puldan getmir. Kriştiano əfsanədir. Bu adamın heç bir məhdudiyyəti olmadığı hiss olunur.
Onun çoxlu ambisiyaları var. Siz ona futbol dünyasındakı heyrətamiz səyahətini davam etdirmək imkanı təklif etməlisiniz – və biz bunu etdik. Məni ən çox heyran edən onun nə qədər fədakar olmasıdır: onun klubda və klubdan kənarda hər dəqiqə nümayiş etdirdiyi peşəkarlıq səviyyəsi, mümkün qədər tez sağalmasını təmin etmək üçün evində qurduğu infrastruktur, hər gün ən yaxşı formada olmaq.
Onun klubda hər kəslə asan davranmasına da heyranam. Amma yarışmağı sevir. Rəqabət etməyi sevənlər isə qalib gəlməyi sevirlər”, – deyə “Goal” Salazarın sözlərini sitat gətirib.
Aut.az
