Dünya futbolu

Tələb etdi: Əməliyyatı bu həkim etsin

Braziliya millisinin və “Əl-Hilal”ın hücumçusu Neymar sol dizindəki ön çarpaz bağın qopması səbəbindən 10 aya qədər meydana çıxa bilməyəcək.

Aut.az xəbər verir ki, bu barədə “O Globo” məlumat yayıb.

Mənbənin məlumatına görə, Neymar Belo Horizontedə əməliyyat olunacaq. Neymar əməliyyatın Braziliya millisinin həkimi Rodriqo Lasmar tərəfindən aparılmasını özü istəyib.

Əməliyyat artıq planlaşdırılıb, lakin həkimlər hələ də “Əl-Hilal” rəhbərliyindən yekun razılığı gözləyirlər. Səudiyyə klubu əməliyyatı Parisdə həyata keçirmək niyyətində idi, lakin Neymar israrla Lasmarın onu əməliyyat etməsini istəyib. Əvvəllər bu mütəxəssis 2018-ci ildə və bu ilin yazında müxtəlif zədələri olan futbolçuya kömək edib.

Xatırladaq ki, Neymar DÇ-2026-nın seçmə mərhələsində Uruqvayla matçda (0:2) zədələnmişdi. 31 yaşlı futbolçunun gözlənilən sağalma müddəti on aya qədər ola bilər. Beləliklə, Neymarın bu mövsüm bir daha meydana çıxmama ehtimalı yüksəkdir.

Aut.az